• Təqvim

  • Maraq



"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnir təşkil olunub

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnir təşkil olunub.

Qazax Gənclər Mərkəzində keçirilən yarışda 10 komandadan 50 nəfər gənc iştirak edib. Yarışın nəticələrinə görə, "Panteon" komandası qalib adını qazanıb. "Nirvana" komandası II, "Nobelium" komandası isə III nəticəni göstərib.

Qalib və mükafatçılar müvafiq Diplomlarla təltif olunublar.



 

GOYEZEN.AZ



Facebook-da paylaş