Qazaxda “Antistress” təlimlərinə start verilib
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində "Antistress” təlimlərinə start verilib. Bu məqsədlə ilk olaraq Bakı Dövlət Universitetinin Qazax filialında tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-psixoloqu Kəmalə Cəfərova və Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin müəllimi Şəlalə Məhərrəmova tələbələr qarşısında imtahan öncəsi stressin və gərginliyin azaldılması yolları barədə məsləhət xarakterli məlumatlar veriblər.
BDU Qazax filialının tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək bu mövzuda təlimlərin vacibliyini vurğulayıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Təlimdə 60 tələbə iştirak edib. Növbəti təlimlərin orta ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulub.
GOYEZEN.AZ
Facebook-da paylaş