"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım" İctimai Birliyi yeni layihə çərçivəsində tədbir keçirib
"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi
Yardım" İctimai Birliyi "İnternet media resurslarında
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin
sistemli şəkildə yayılmasına dəstək" adlı layihə həyata keçirir.
Bu gün Gənclər
Mərkəzində layihə çərçivəsində keçirilən tədbidə gənclər, ali təhsil
ocaqlarında təhsil alan tələbələr, bu mövzuya həssaslıqla yanaşan sosial şəbəkə
istifadəçiləri iştirak edib.
Birliyin sədri Asəf
Quliyev keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının dəstəyi ilə keçirilən layihə çərçivəsində müəyyən olunmuş internet
media resursları üzərində aparılan 4 aylıq monitorinqlərin artıq yekunlaşdığını
bildirib. Qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın bir nömrəli
problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə yazılan materialları araşdırmaq
və bu mövzuda hazırlanan məqalələrdə yanlışlıqları aradan qaldırmaq üçün
profilaktiki tədbirlərin görülməsi ilə jurnalistlərin stimullaşdırılmasıdır.
Tədbirdə
iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş