• Təqvim

  • Unutma

  • Maraq



Litva Seymində görüş keçirilib

Litva Seymində görüş keçirilib

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə qrupunun sədri Kamran Nəbizadə litvalı həmkarı Valerius Simulik ilə görüşüb.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumatına istinadən GOYEZEN.AZ bildirir ki, görüşdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litva Seyminin üzvləri də iştirak ediblər. Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri olan Valerius Simulik bildirib ki, rəhbərlik etdiyi qrup üzvlərinin sayı 66 nəfərdir. Üzvlərinin sayına görə seymdə ən böyük qrupdur.

Kamran Nəbizadə bildirib ki, səfərinin məqsədi deputat seçildiyi Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasıdır.

Görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri Litvanın rəsmi mövqeyini təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini vurğulayıblar, Azərbaycanla ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.




Facebook-da paylaş