• Təqvim

  • Unutma

  • Maraq



Həmişə xalqın arasında

Həmişə xalqın arasında
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov mütəmadi olaraq kəndlərə gedir, mövcud çatışmazlıqları yerindəcə öyrənərək lazımi tapşırıqlar verir. Rəhbər təyin olunan ilk gündən xalqın arasında olmağı, əhalini narahat edən problemləri onların öz dilindən eşitməyi iş fəaliyyətinin əsas hissəsi hesab edən icra başçısının kəndlərdə keçirdiyi görüşlər artıq bir ənənə şəklini alıb.

Növbəti belə görüşlərdən biri Ağköynək kənd sakinləri ilə keçirilib. Həmin görüşdə rayonumuzda, eləcə də Ağköynək kəndində görülən işlərdən söz açılıb, mövcud çatışmazlıqlardan danışılıb və onların həlli istiqaməti müzakirə olunub.
Həmişə xalqın arasında
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, sizin hər birinizə məlumdur ki, bu gün mənim iş fəaliyyətimin əsas hissəsini kəndlərdə olmaq, sakinlərlə görüşmək təşkil edir. Məqsədim siz kənd sakinlərini narahat edən məsələləri sizin öz dilinizdən eşitməkdir. Çalışıram ki, qaldırdığınız bütün məsələlərin həllini sizlərlə birgə həll edək, çıxış yolunu birlikdə tapaq. Necə deyərlər güc birlikdədir. Mənə elə gəlir ki, bu görüşlər öz səmərəsini verir. Hər bir görüş müsbət dəyişikliklərlə yadda qalır.
Həmişə xalqın arasında
Sonra R.Babaşov rayonda həyata keçirilən tikinti-quruculuq işlərindən söz açaraq bildirib ki, diqqətdən kənarda qalan heç bir sahə yoxdur. İllər boyu yığılıb qalmış problemlər zaman-zaman öz həllini tapır. Bu gün şəhərdəki 76 çoxmənzilli binada əsaslı təmir işləri gedir. Tikintisi yarımçıq qalmış xəstəxana binasında inşaat işləri sürətlə davam etdirilir. Şəhərdə yeni üç mərtəbəli bağça tikilir. Eyni zamanda Daş Salahlı kəndində 2 bağça binasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Xalçaçılıq fabrikinin tikintisi də davam etdirilir. Mətanət A şirkətinin inşa etdiyi zavod yaxın aylarda istifadəyə veriləcəkdir. Rayon ərazisindəki bütün Şəhidlər Xiyabanları və qəbiristanlıqları əsaslı şəkildə təmin olunubdur. Kosalar kəndinə yol çəkilib, Çaylı kəndində isə bu işlər başa çatmaq üzrədir. Yaxın vaxtlarda rayonun Kommuna, Hüseynbəyli və Cəfərli kəndlərinə də yeni asfalt yollar çəkiləcəkdir. Kənd təsərrüfatını su ilə tam təmin etmək üçün rayondakı bütün suvarma arxları təmizlənmişdir.
Həmişə xalqın arasında
Bir sözlə, şəhərimiz, eləcə də kəndlərimiz gündən-günə dəyişir, yeni görkəm alır. İstər sosial, istərsə də iqtisadi sahədə böyük irəliləyişlər əldə etməyə başlamışıq. İqtisadiyyatın əsas sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün rayonumuzda təqdirəlayiq işlər həyata keçirilir. Hər kəs çalışır ki, rayonumuz bu sahədə ən öncül yerlərdən birini tutsun. Bu isə yaxın vaxtlarda Qazaxın respublikamızın ən abad və iqtisadi cəhətdən güclü rayonlarından birinə çevriləcəyindən xəbər verir.

RİHB-nın Ərazi İnzibati Dairəsi üzrə nümayəndəsi Vadim Əmiraslanov çıxış edərək kənddə görülən işlər barədə məlumat verərək qeyd edib ki, kənd qəbiristanlığına gedən yol qaydaya salınıb, zibil poliqonunda isə lazımi işlər görülüb. İməcliklər yolu ilə su arxları təmizlənib. Qarapapaq kəndində uzun illərdən bəri qazılmış artezian quyusu balansa alınaraq istifadəyə verilib. Kəndin işıq xətlərinin əsas hissəsi dəyişdirilərək SİP kabellə əvəz olunub və transformatorların çoxu yenilənib. Görülən bu işlərdə kənddə yaradılan işçi qrupunun da əməyi az deyildir.
Həmişə xalqın arasında
Sonra kənd sakinlərindən Cavid Məmmədov, Ənvər Vəliyev, Fazil Arıxov, Nazim Abdıyev, Svetlana Poladova, Əhməd İsrafilov, Xaliddin Orucov. Sərhəd Məmmədov, Səfurə İbrahimova, Dilarə Nağıyeva və başqaları söz alaraq rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovu salamlayıb, onlarla mütəmadi olaraq görüş keçirdiyinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, biz kənd sakinləri sizin diqqət və qayğınızı demək olar ki, hər zaman öz üzərimizdə hiss edirik. Bizi narahat edən problemlərin öz müsbət həllini tapması üçün verdiyiniz tapşırıqlar, tövsiyələr bizə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.
Həmişə xalqın arasında
Həmişə xalqın arasında
Həmişə xalqın arasında
Həmişə xalqın arasında
Həmişə xalqın arasında
Həmişə xalqın arasında
Həmişə xalqın arasında
Həmişə xalqın arasında
Həmişə xalqın arasında
Həmişə xalqın arasında
Sonda rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirərək qeyd edib ki, rayon sakinlərinin də köməyi ilə qarşıya çıxan problemlər öz müsbət həllini tapacaqdır.

Elçin İSMAYIL


Facebook-da paylaş