Qazaxda aparılan quruculuq işlərinə görə rayon sakinləri minnətdarlıq edirlər - VİDEO
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda aparılan yenidənqurma və abadlıq-quruculuq
işləri rayon sakinləri tərəfindən də razılıqla qarşılanır. Hazırda su-kanalizasiya sisteminin çəkilişi
yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63,
dördmərtəbəli 65 saylı binanın sakinləri də istər ötən il binaların dam
örtüyündə, bloklarında, xarici fasadında, istərsə də bu il binaların
həyətlərində aparılan abadlıq işlərinə görə ölkə başçısına və rayon rəhbərliyinə
minnətdarlıqlarını bildirirlər. Şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış
binalarının həyətində də quruculuq işlərinin aparılmasını, "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına
verilməsini vətəndaşlara olan qayğı kimi qiymətləndirirlər.
Facebook-da paylaş