BDU-nun Qazax filialında 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.
Filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev giriş sözü ilə çıxış edərək 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün əhəmiyyəti, dövlətin bu sahədə apardığı işlər, mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri barədə danışıb.
Filialın Mülki Müdafiə Qərargahının rəisi Oktay Mahmudov “Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri” mövzusunda çıxış edib.
Sonra “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” adlı slayd nümayiş olunub.
"İctimai və təbiət fənləri" kafedrasının baş müəllimi Sevda Məmmədəliyeva “Fövqəladə hadisələr zamanı ilk tibbi yardım”, filologiya ixtisasının III kurs tələbəsi Allahverdi Süleymanov isə “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” mövzularında çıxış ediblər.
Elçin İSMAYIL,
Filialın Mətbuat Xidmətinin rəhbəri
Facebook-da paylaş