• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında qış imtahan sessiyası uğurla başa çatıb


Bakı Dövlət Universitetinin Qazax filialında 2023-2024-cü tədris ilinin qış imtahan sesssiyası uğurla başa çatıb.  

Yanvarın 7-dən  başlayıb fevralın 2-dək davam edən sessiyada imtahanlar obyektiv və şəffaf keçirilib.

İmtahan sessiyası müddətində tələbələrin müraciətlərinin qəbulu, araşdırılması və biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah, Apelyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərib. Sessiya ərzində Qərargaha daxil olan azsaylı müraciətlər operativ şəkildə araşdırılaraq həll olunub. 

Filialın direktoru, dosent Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Filialda 16 ixtisas üzrə imtahanlar iki növbədə keçirilib. Sessiyada bakalavr səviyyəsi üzrə 1497 tələbə (əyani), magistratura pilləsi üzrə isə 7 ixtisas üzrə 29 nəfər magistrant imtahan veriblər. İmtahanlarda tələbələrin 98,07 faizi iştirak edib. Müvəffəqiyyət göstəricisi bakalavr 80, magistratura üzrə 100 faiz olub.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş