• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “Məzun günü” keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında "Məzun günü” tədbiri keçirilib. Filialın qarşısında təşkil olunan tədbirdə bu ali təhsil ocağının professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqların müdafiəsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 



Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, filialın əldə etdiyi nailiyyətlərdən danışıb. A.Rüstəmov “Məzun” adını qazanan gənclərə öz tövsiyələrini verərək uğura gedən yolda daim axtarışda olmağı, daha səylə çalışaraq böyük hədəflərə çatmağı arzulayıb. “İşıqlı gələcək sizin əlinizdədir. Böyük hədəflərə gedən yol məhz, bu gündən başlayır. Bu yolda hər birinizə uğurlar diləyirəm” - deyib. Bu il bakalavr səviyyəsi üzrə 371, magistratura səviyyəsi üzrə isə 8 tələbənin universiteti bitirdiyini qeyd edən A.Rüstəmov məzunların gələcəkdə bacarıqlı bir mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib.


Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd YusifovPedaqoji fakültənin dekanı Hamlet İlyasov tədbirdə çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayaraq səmimi ürək sözlərini bölüşüblər. Tələbələrdən Mədinə Mustafayeva məzunlar adından danışaraq onlara bəslənən ümidləri öz əməli işləri ilə doğruldacaqlarını söyləyib, təhsil müddətində yaradılan yüksək şəraitə görə Filialın direktoru A.Rüstəmova, müəllimlərə öz dərin minnətdarlığını bildirib.

Tədbirdə filialın ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna mükafatlar verilib.

Sonra “Məzun günü” rəngarəng konsert proqramı ilə davam edib.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş