• Təqvim

  • Maraq



“Qazax” Əlahiddə Sərhəd Diviziyasında keçirilən “Novruz bayramınız mübarək!” adlı tədbirdə fəal iştirak edən bir qrup məktəbli Təşəkkürnamə ilə təltif edilib


Martın 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd Diviziyasında keçirilən “Novruz bayramınız mübarək!” adlı tədbirdə fəal iştirak edən bir qrup məktəbli diviziyanın komandiri general-mayor Misir Əliyev tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Mayın 3-də Qazax Rayon İcra Hakimiyyətində məktəblilərlə keçirilən görüşdə Təşəkkürnamələr sahiblərinə təqdim olunub. 

Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev,  Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə təhsil sektorunda baş məsləhətçi Əziz Məmmədov, məktəb direktorları, müavinlər, sinif rəhbərləri, məktəblilər iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən söz açıb. M.Alıyev Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla, sərhədlərimizin keşiyində dayanan bütün sərhədçilərə fəaliyyətlərində uğurlar arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbədə sərhədçilərin böyük rolu olduğunu vurğulayıb. Birinci müavin 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. 


M.Alıyev bu gün 168 km məsafədə düşmənlə sərhəddə yerləşən Qazax rayonunda sərhədlərimizin keşiyində sərhədçilərimizin dayandığını qeyd edib. Çətin və şərəfli işlərində uğurlar arzulayaraq bütün sərhədçilərimizlə fəxr etdiyimizi söyləyib. Məktəbliləri təbrik edən birinci müavin fəal iştiraklarına görə razılıq edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə daha böyük uğurlar qazanmalarını, nailiyyətlər əldə etmələrini arzulayıb. Məktəblilərin üzərində əməyi olan müəllimlərə, insanlara razılığını ifadə edib.  

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandir müavini polkovnik-leytenant Əzizbala Hacıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, diviziya komandiri general-mayor Misir Əliyevin səmimi ürək sözlərini çatdırıb. Məktəblilərlə olan görüşün təşkilində göstərdiyi köməyə və səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü ifadə edib. Məktəblilərə, müəllimlərə minnətdarlığını bildirib. Diviziya komandiri general-mayor Misir Əliyevin məktəblilərin nümunəvi çıxışlarına görə onları Təşəkkürnamə ilə təltif etdiyini, bugünkü görüşün də bu məqsədlə keçirildiyini qeyd edib 

Sonda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd Diviziyasında keçirilən “Novruz bayramınız mübarək!” adlı tədbirdə fəal iştirak edən, nümunəvi rəqs təqdim edən Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 2b sinif şagirdi Abdullazadə Zəhra Elman qızına, 3c sinif şagirdi Paşayeva Qaratel Oktay qızına, Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 3-cü sinif şagirdi Kərimli Nilay Osman qızına, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 5b sinif şagirdi Qasımlı Gülay Sərxan qızına, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin 6b sinif şagirdi Nəsibova Zalxa Sahib qızına, skripka ifalarına görə fərqlənən Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Məhərrəmova Müjgan Eldar qızına, Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Məmmədova Cəmilə Şaiq qızına, mahnı ifasına görə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rəhimova Türkan Mayis qızına Təşəkkürnamələr təqdim edilib. Xatirə şəkli çəkdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş