• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.


Filialın direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.


Sonra Mülkü Müdafiə üzrə məsul şəxs Təhməz Novruzov “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda məruzə ilə çıxış edərək mülki müdafiənin yaranma tarixindən, dövlətin mülki müdafiə sahəsində apardığı işlərdən söz açıb.

Filialın İctimai və təbiət fənləri kafedrasının müəllimi Pəri Məmmədova, Tələbə Gənclər Təşkilatının sədri Elşad Əliyev öz çıxışlarında fövqəladə hallar zamanı vətəndaşların qarşısında duran məqsəd və vəzifələrdən, davranış qaydalarından danışıblar.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri




Facebook-da paylaş