• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “Zəfər Günü tarixçilərin gözü ilə” adlı müsabiqə keçirilib


Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Xalqımız düşmən üzərində qazanılan Zəfərin ikinci ildönümünü, 8 Noyabr – Zəfər Gününü qalib xalq kimi qürur və sevinc hissi ilə qeyd edir. İllər ötsə belə şanlı zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olacağıq.

8 Noyabr - Zəfər Günü Bakı Dövlət Universitetinin Qazax filialında da silsilə tədbirlərlə qeyd olunur.

Filialda 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfər Günü tarixçilərin gözü ilə” adlı esse müsabiqəsi də keçirilib.

Müsabiqədə filialın müəllimlər iştirak ediblər. Müəllimlərdən Zeynəb Mustafayeva, Veyis Adıgözəlov, Ülviyyə Bayramova, Həqiqət Mehdiyeva, Cavahir Mustafayeva, Mübariz Süleymanov, Dilavər Qurbanova, Dilşad Şamilova və İmran Məmmədovun yazdıqları esselər fərqlənib. 

GOYEZEN.AZ



Facebook-da paylaş