• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şeir müsabiqəsi keçirilib


Xalqımız və rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu gün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qalib ölkənin vətəndaşı olaraq qürurla qeyd edir. Eyni zamanda şanlı zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu bir an belə unutmuruq, unutmayacağıq da...

8 Noyabr - Zəfər Günü Bakı Dövlət Universitetinin Qazax filialında da silsilə tədbirlərlə qeyd olunur. Əlamətdar gün münasibətilə şeir müsabiqəsi də keçirilib. 

Müsabiqədə bu sahədə istedadı olan tələbələr iştirak edib. Tələbələr Zəfər Gününə, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbəyə həsr olunmuş şeirləri ifa ediblər.  Müsabiqədə Bəyaz Abdullayeva və Allahverdi Süleymanov fərqlənib. 

GOYEZEN.AZ



Facebook-da paylaş