• Təqvim

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhidlərimizi yad etməyi unutmayıblar


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Ölkə Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında diz çökən düşmən sonda öz məğlubiyyətini qəbul etdi. Cəmi 44 günə torpaqlarımız düşmən işğalından azad edildi, doğma Şuşamızın azad edildiyi gün - 8 noyabr yaddaşlara əbədi həkk olundu. 

Bu gün Azərbaycan xalqı 8 noyabrı - Zəfər Günü kimi qürur və fəxrlə qeyd edir. Bu günü bizlərə bəxş edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyev, şanlı Azərbaycan Ordusu, canlarını Vətən yolunda fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizdir. Bu gün xalq olaraq nə o şanlı tarixi, nə də tarixi Qələbəni bəxş edənləri unutmuruq. 

8 Noyabr - Zəfər Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlər keçirilir.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhidlərimizi yad etməyi unutmayıblar.

Noyabrın 1-də Kollecin tələbələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıblar.


Gənclər sonra Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edərək muzeyin 2-ci mərtəbəsində Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olublar.

Daha sonra tələbələr şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət ediblər. 

Ziyarət zamanı Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanmasını, 30 il düşmən işğalı altında qalmış torpaqlarımızın azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını təmin edən şəhidlərimizə sonsuz ehtiram ifadə olunub. 


GOYEZEN.AZ



Facebook-da paylaş