• Təqvim

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri arasında "Zəfər tarixi" adlı “Breyn-rinq” intellektual yarışı keçirilib


Oktyabrın 31-də Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" adlı “Breyn-rinq” intellektual yarışı keçirilib.

Qazax Gənclər evində keçirilən yarışda ümumilikdə 150 nəfər tələbə iştirak edib.

Yarış iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla ehtiramla yad ediblər.


Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış edərək tələbələri salamlayıb, yarışın məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu yarışın təşkil olunmasında əsas məqsəd şanlı Zəfər tariximizi dərindən öyrənmək, əldə etdiyimiz Qələbəni bir daha xatırlamaq, qürur dolu anları xalqımıza yaşadanları unutmamaqdır. E.Əfəndiyeva Zəfər Gününü xalqımıza bəxş edən Vətən oğullarının döyüşdə göstərdikləri qəhrəmanlığın hər kəs üçün örnək olduğunu, onların hər an bizim qəlbimizdə əbədi yaşayacaqlarını qeyd edib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu dilə gətirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna və vətəndaşa örnək olduğunu bildirib. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyünü diqqətə çatdırıb. 

Gərgin və maraqlı keçən bilik mübarizəsində 3 komanda fərqlənib.

"Qələbə" komandası 1-ci yerin qalibi olub. “Xarıbülbül komandası 2-ci yerə layiq görülüb. “Dəmir Yumruq” komandası isə yarışda 3-cü yeri tutub.

Yarışda yer tutmuş komandalar Qazax Dövlət Sosial-İqtisadi Kollecin Fəxri Fərmanları ilə təltif olunublar.

GOYEZEN.AZ



Facebook-da paylaş