• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda nümunəvi dərs keçirilib


Oktyabrın 20-də 2022-ci il üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin hazırlıq planına əsasən Mərkəzin əməkdaşları tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Bakı Dövlət Universitetinin Qazax filialında "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda nümunəvi dərs keçirilib.


Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki Müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəis müavini, mayor Bəhayi Nəsirov, şöbənin baş zabiti, baş leytenant Musa Hüseynov, Bakı Dövlət Universitetinin Qazax filialında dekan Hamlet İlyasov, kafedra müdiri Arif Veyisov, eləcə də Universitetin digər müəllim və tələbə heyəti iştirak edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov tədbiri giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov çıxışı zamanı dərsin keçirilməsində əsas məqsədin Universitetin müəllim və tələbə heyəti arasında mülki müdafiə biliklərinin təbliği, eləcə də onların sülh və müharibə dövrlərindəki fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması olduğunu bildirib.


Sonra Mərkəzin əməkdaşları tərəfindən əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, fövqəladə hallar zamanı davranış qaydaları, əhalinin mühafizəsinin əsas prinsipləri, fərdi mühafizə vasitələri, kollektiv mühafizə qurğuları, təxliyyənin (köçürülmənin) təşkili barədə məlumatlar mühazirələr şəkilində iştirakçıların diqqətinə çatdırılıb, fotoslaydlar nümayiş etdirilib.


Sonda mövzu ətrafında Bakı Dövlət Universitetinin Qazax filialında dekan Hamlet İlyasov çıxış edərək maarifəndirici tədbirin təşkilinə görə Mərkəzin əməkdaşlarına filial rəhbərliyi adından minnətdarlığını bildirib. Müəllim və tələbə heyəti arasında mülki müdafiə biliklərinin artırılmasında bu cür nümunəvi dərslərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş