• Təqvim

  • Maraq



ADA Universitetinin proqram rəhbəri BDU-nun Qazax filialının tələbələri ilə görüş keçirib


ADA Universitetinin Təhsil fakültəsinin proqram rəhbəri Səidə Nəbiyeva və Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova Bakı Dövlət Universitetinin Qazax filialında görüş keçiriblər.

Heydər Əliyev auditoriyasında keçirilən görüşdə filialda təhsil alan yuxarı kurs tələbələri iştirak edib.

Dialoq və müzakirə şəklində keçirilən görüşdə S.Nəbiyeva ADA Universitetinin magistr ixtisasları, bu ixtisaslara qəbul və digər imkanlar barədə görüş iştirakçılarına geniş məlumat çatdırıb. Nümayəndələr qeyd ediblər ki, ADA Universiteti növbəti ildən magistratura pilləsi üzrə Təhsil üzrə menecment, Təlim və tədrisin təşkili və metodikası ixtisaslarının Azərbaycan dilində tədrisinə başlayacaqdır. Bu ixtisaslar həm ADA Universitetində, həm də ADA Universitetinin Qazax Mərkəzində əyani və distant formada tədris olunacaqdır.

Görüşdə məlumatlar slayt vasitəsilə nümayiş etdirilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


 

BDU-nun Qazax filialının Mətbuat Mərkəzi



Facebook-da paylaş