• Təqvim

  • Maraq



Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərindən ibarət komanda Respublika üzrə keçirilən “Yolunuzu bizdən salın!” adlı onlayn yarışın qalibi olub


Mayın 18-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Yol hərə­kətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq "Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə növbəti onlayn yarış keçirilib.

Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Balakən, Ağdaş, Göyçay, Lerik Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərlərinin dərnək üzvləri arasında keçirilən yarışın məqsədi respublikamızın müxtəlif bölgələrində təhsil alan şagirdlərin yol hərəkəti qaydaları haqqında bilik səviy­yələrini yoxlamaq, onların bu sahəyə marağını artırmaq olub.

Yarışda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYPİ) inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı şəhər DYPİ-nin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Qazax Rayon Polis Şöbəsinin DYP Bölməsinin rəisi, polis baş leytenantı Vüqar Məmmədov, Ağstafa Rayon Polis Şöbəsinin DYP Bölməsinin baş inspektoru, polis leytenantı Elvin Aydınov, Göyçay Rayon Polis Şöbəsinin DYP Bölməsinin polis baş leytenantı Mirxəyal Hüseynov, Balakən Rayon Polis Şöbəsinin DYP Bölməsinin baş inspektoru, polis baş leytenantı İlkin Hümbətov, Ağdaş Rayon Polis Şöbəsinin DYP Bölməsinin inspektoru, polis kapitanı Etibar Vəliyev, Tovuz Rayon Polis Şöbəsinin DYP Bölməsinin əməkdaşı, polis kapitanı Anar Vəliyev, Gədəbəy Rayon Polis Şöbəsinin DYP Bölməsinin baş inspektoru, polis baş leytenantı Ramin Məmmədov, Şəmkir Rayon Polis Şöbəsinin DYP Bölməsinin əməkdaşı, polis kapitanı Müseyib Məmmədov, Lerik Rayon Polis Şöbəsinin DYP Bölməsinin əməkdaşı, polis kapitanı Tahir Quliyev, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin əməkdaşları, valideynlər iştirak ediblər.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirlinin, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradovanın, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanovanın münsiflər heyəti olduğu onlayn yarışda Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri əsl bilik nümayiş etdiriblər. Verilmiş sualları dolğun və ətraflı cavablandıran Mərkəzin dərnək üzvləri yarış iştirakçılarından fərqləniblər. Yarışın nəticəsinə görə Qazaxın "Göyəzən” komandası I yerə layiq görülüb.

Biz də öz növbəmizdə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivini və dərnək üzvlərindən ibarət komandanı qalibiyyətləri münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.







 

GOYEZEN.AZ



Facebook-da paylaş