• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında “Xocalı soyqırımı: XX əsrin faciəsi” adlı videokonfrans keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımı: XX əsrin faciəsi” adlı videokonfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində təşkil olunmuş sərgiyə baxıb, həmin günü özündə əks etdirən fotolara tamaşa ediblər.


Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra filialın direktoru dosent Arif Rüstəmov Xocalı soyqırımı haqqında danışaraq qeyd edib ki, erməni millətçilərinin azərbaycanlılara qarşı 200 ilə yaxın bir müddətdə törətdiyi etnik təmizləmə və soyqırım siyasətinin ən dəhşətlisi tarixə qan ilə yazılmış Xocalı soyqırımıdır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin növbəti və ən qəddarcasına törətmiş olduqları terror aktı nəticəsində 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın öldürülmüş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər yaralanmışdır. 1275 nəfər dinc sakin girov götürülmüşdür ki, onların 150-sinin taleyi hələ də məlum deyil.

Qeyd edilib ki, bu faciəyə obyektiv siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm işlər həyata keçirirlər. Dünyanın bir çox ölkələrində Xocalı qətliamı soyqırım kimi tanınıb və həmin istiqamətdə işlər davam etdirilir. Bu yöndə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasını xüsusi vurğulamaq lazımdır.


A.Rüstəmov bu il Xocalı soyqırımının yad edilməsinin əvvəlki illərdən fərqləndiyini deyərək qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə yazılımışdır. Xocalı soyqırımını Vətən müharibəsində qələbəmizdən sonra anmağın səciyyəvi cəhətləri var. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq əzəli Qarabağ torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunubdur. Natiq öz çıxışında Qələbə gününü qeyd etməklə yanaşı, bu gün yetişməkdə olan gənc nəslə öz tarixi keçmişlərini unutmamağı, tarixin yaddaşına qanla yazılmış faciələri hər zaman xatırlamağı tövsiyə edib.

Konfransda Xocalı soyqırımına həsr olunmuş slayd nümayiş olunub.

Sonra filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov "Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda məruzə ilə çıxış edib. Konfransda filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifovİctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramovanın "Xocalı soyqırımı qanlı faciəmizdir”, riyaziyyat və informatika müəllimliyi ixtisasının  IV kurs tələbəsi Səbinə Camalovanın "Xocalı faciəsi gənclərin gözü ilə”, II kurs tələbəsi Aynur Həsənlinin "Xocalı faciəsi qan yaddaşımızdır” mövzularında məruzələri dinlənilib.

GOYEZEN.AZ



Facebook-da paylaş