• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında karantin rejiminin tələblərinə ciddi əməl olunur


Bakı Dövlət Universitetinin Qazax filialında karantin rejiminin tələblərinə, sanitar-epidemioloji qaydalara ciddi əməl olunur. Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə ilk gündən filialda kompleks tədbirlər həyata keçirilir. İlk növbədə filialın tədris binası, idman zalı və həyəti mütəmadi olaraq müvafiq vaxtlarda dezinfeksiya olunub. Bununla yanaşı, professor-müəllim heyəti və tələbələr arasında maarifləndirici tədbirlər həyata keçirilib.

Filialda koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri davam etdirilir. 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar bu istiqamətdə aparılan işlər daha da genişləndirilib. Bu məqsədlə filialın direktoru, dosent Arif Rüstəmov "Operativ nəzarət üzrə məsul şəxslərin təyin edilməsi haqqında” Əmr imzalayıb. Əmrə əsasən müəyyən edilmiş sahələr üzrə məsul şəxslər filialda xüsusi karantin rejiminin tələblərinə necə əməl olunmasına nəzarət edirlər.

Filialın həyətinin giriş qapısından inzibati binaya qədər olan ərazisi məsafə saxlamaq üçün xüsusi olaraq işarələnib və bu məqsədlə içərisinə "məsafə saxla” sözləri yazılmış dairələr çəkilib. Filialda lazım olan müvafiq dizenfeksiyaedici məhlullar alınıb və əməkdaşlar tam təmin olunub. Filiala daxil olanlar alınmış xüsusi temperatur ölçən aparatla temperaturu ölçüldükdən və əlləri xüsusi məhlulla dizenfeksiya edildikdən sonra tədris binasına buraxılır.

Həyata keçirilən bu tədbirlərlə yanaşı filialın tədris binasının dezinfeksiya olunmasına xüsusi nəzarət edilir. Bu günlərdə filialda növbəti dəfə dezinfeksiya işləri aparılıb. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən filialın inzibati binası və həyəti, eləcə də idman zalı və digər yerləri koronavirus infeksiyasına qarşı suya Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb. Həyata keçirilən profilaktik tədbirlər BDU-nun Qazax filialında karantin rejiminin tələblərinə ciddi əməl olunduğunu əyani şəkildə göstərir.







GOYEZEN.AZ



Facebook-da paylaş