BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib
Yanvarın 9-da Bakı Dövlət Universitetinin Qazax
filialında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş konfrans
keçirilib. Konfrans iştirakçıları
əvvəlcə filialın foyesində 20 Yanvar faciəsinin şəhidlərinə həsr olunmuş fotoguşə
ilə tanış olublar. Filialın Heydər
Əliyev auditoriyasında davam etdirilən tədbirdə faciə qurbanlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsinə həsr olunmuş
slayd nümayiş etdirilib.
BDU Qazax filialının direktoru, dosent Arif
Rüstəmov konfransı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan
xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı
il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı
şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa
qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət
insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz
dövlət müstəqilliyinə qovuşub. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş
cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş
dəhşətli terror aktıdır. Bu faciəyə hüquqi-siyasi qiymət yalnız Ulu Öndər
Heydər Əliyevin prezidentliyi dövründə verildi və dünya ictimaiyyətinə əsl
həqiqətlərin çatdırılması istiqamətində real addımlar atıldı. A.Rüstəmov qeyd
edib ki, "Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən
Respublika Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin
sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu
istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Sonra filialın
İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova "20 Yanvar
faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda məruzə ilə çıxış edib. Məruzə
ətrafında Pedaqoji fənlər kafedrasının müdiri, dekan əvəzi Hamlet İlyasov, İctimai
və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov, Dillər,
ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi, şair,
istefada olan mayor Mustafa Mustafayev, kafedranın müəllimi Türkan Məmmədova və
Tarix ixtisasının II kurs tələbəsi Ədilə Səfərzadə 20 Yanvar faciəsinə həsr
olunmuş maraqlı, yaddaqalan çıxışlar ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş