BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50
illiyi Bakı Dövlət Universitetinin Qazax filialında qeyd olunub. Bununla
əlaqədar filialda professor və müəllimlərin iştirakı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin
filialın foyesindəki büstü önünə gül-çiçək dəstələri qoyub, xatirəsini böyük
ehtiramla yad ediblər.
Filialın direktoru, dosent Arif Rüstəmov tədbirdə
çıxış edərək ümummilli liderin 1969-cu il iyulun 14-də ilk dəfə olaraq
Azərbaycanda siyasi rəhbərliyə gəldiyini qeyd edib. Heydər Əliyevin dahi, uzaqgörən,
müdrik siyasətçi, müasir Azərbaycanın yaradıcısı olduğunu bildirib.
A.Rüstəmov Heydər Əliyevin dünya siyasətində mövqeyi,
ölkənin bugünkü uğurlarında onun siyasətinin rolu olduğunu vurğulayıb. Bu gün
uğurla davam edən Heydər Əliyev siyasətinin xalqa, dövlətə gətirdiyi nailiyyətləri
real rəqəmlərlə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Respublika
Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu böyük
siyasəti uğurla davam etdirdiyini vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş