• Təqvim

  • Maraq

“Qazax Dövlət Sosial-İqtisadi Kolleci” PHŞ-də Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb

Fevralın 24-də “Qazax Dövlət Sosial-İqtisadi Kolleci” Publik Hüquqi Şəxsdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktor vəzifəsini müvəqqəti icra edən tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov giriş sözü ilə çıxış edərək Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı və dəhşətli səhifələrdən biri olduğunu vurğulayıb, gənc nəslin bu tarixi həqiqətləri daim yadda saxlamasının vacibliyini qeyd edib.

Tədbirdə Kollecin tarix fənn müəllimi Asya Alhüseynova çıxış edərək Xocalı hadisələrinin tarixi-siyasi mahiyyəti haqqında ətraflı məlumat verib, faciənin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının əhəmiyyətindən danışıb.

Anım mərasimində Kollecin fəal tələbələri Ləman Qəhrəmanova və Zeynəb Mustafazadə çıxış edərək Xocalı qurbanlarının xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildiriblər.

Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiram və hüznlə yad ediblər. Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda böyük bir fəlakət, insanlığa, bəşər tarixinə yaraşmayan bir vəhşiliyin törədildiyi, həmin faciə, soyqırım zamanı neçə-neçə günahsız insanın qətlə yetirildiyi qeyd edilib. Xocalıda yaşananların, baş verən faciənin təkcə xocalıların faciəsi deyil, bütöv Azərbaycan xalqının faciəsi olduğu, həmin ağrı-acını bütün xalqımızın ürəkağrısı ilə hiss etdiyi söylənilib. O dəhşətli faciədə 106 nəfər qadın, 63 nəfər uşaq, 40 nəfər qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyi bildirilib. 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyi, 56 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyi diqqətə çatdırılıb. 487 nəfərin müxtəlif dərəcəli güllə, qəlpə yarası alaraq əlil olduğu, 1275 nəfərin erməni əsirliyinin dəhşətlərindən keçdiyi, 155 nəfərin itkin düşdüyü söylənilib. Bütün faciələrə, soyqırımlara olduğu kimi, Xocalı soyqırımına da Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra dövlət səviyyəsində qiymət verildiyi vurğulanıb. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyi bildirilib. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildiyi qeyd olunub. Azərbaycan tarixinə dəhşətli faciə kimi yazılan Xocalı soyqırımından 34 il keçməsinə baxmayaraq heç zaman unudulmayacağı vurğulanıb.

Sonda tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.




Facebook-da paylaş


{sape_links}