• Təqvim

  • Maraq



20 Yanvar faciəsinin 36-cı ildönümü Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə silsilə tədbirlərlə qeyd olunub

Yanvarın 19-da Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub.

İlk olaraq ibtidai siniflərdə mövzuya həsr olunmuş açıq dərslər keçirilib. Şagirdlər 20 Yanvar faciəsi ilə bağlı rəsmlər çəkərək öz hiss v düşüncələrini ifadə ediblər. Hazırlanan rəsmlər məktəbin kitabxanasında təşkil olunan sərgidə nümayiş etdirilib.

Daha sonra şagird və müəllimlərin iştirakı ilə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirlər çərçivəsində tarix fənni üzrə açıq dərslər təşkil olunub, müəllimlər otağında pedaqoji kollektivlə 20 Yanvar faciəsinin tarixi-siyasi əhəmiyyəti barədə söhbət aparılıb və mövzuya dair videoçarx izlənilib.

Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərə hörmətin aşılanması və 20 Yanvar faciəsinin xalqımızın yaddaşında daim yaşadılmasıdır. Çünki 20 Yanvar – azadlıq uğrunda şəhid olmuş qəhrəmanlarımızın əbədi xatirəsidir.



Facebook-da paylaş


{sape_links}