BDU-nun Qazax filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib
Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Tələbələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli çıxış edərək bu faciənin milli yaddaşımızda xüsusi yer tutduğunu bildiriblər. Filialın Mətbuat Xidməti
Bakı Dövlət Univesitetinin Qazax filialında 20 Yanvar faciəsinin otuz altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini özündə əks etdirən stendlə tanış olublar.
Filialın direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, 20 Yanvar faciəsi xalqımız üçün təkcə faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir. A.Rüstəmov Ulu Öndər Heydər Əliyevin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi-siyasi qiymət verilməsində misilsiz xidmətlərindən, Prezident İlham Əliyev tərəfindən soyqırımı qurbanlarına göstərilən ehtiramdan söz açıb.




Facebook-da paylaş














