Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib
BDU-nun Qazax filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilibDünən, 20:30 |
|
Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Tələbələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli çıxış edərək bu faciənin milli yaddaşımızda xüsusi yer tutduğunu bildiriblər. Filialın Mətbuat Xidməti
Geri qayıt |