• Təqvim

  • Unutma

  • Maraq



Nə qəşəngdi, nə gözəldi bağçamız

Nə qəşəngdi, nə gözəldi bağçamız
Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.

Rayonumuzda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə rayon rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilir, məqsədyönlü tədbirlər həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təlim-tərbiyənin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir. Yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin olunması bunun bariz nümunəsidir.

Ötən ilin dekabr ayında rayonumuzda 1 saylı körpələr evi-uşaq bağçası istifadəyə verilib. Bağçanın gözəl görnüşü elə kənardan da göz oxşayır və bu görünüş bağçadakı yüksək şəraitdən xəbər verir.

GOYEZEN.AZ əməkdaşı olaraq bağçaya baş çəkdik. Biz bağçaya daxil olanda “Novruz bayramınız mübarək olsun” mahnısının sədaları ətrafı bürümüşdü, hər tərəf bayramsayağı bəzədilmişdi. Bağçada “Su çərşənbəsi” qeyd olunurdu. Bütün qruplarda xonçalar bəzədilmiş, yumurtalar boyanmış, şamlar yandırılmışdı. Al-əlvan geyimli uşaqlar Novruz bayramına aid şeirlər söyləyir, mahnılar oxuyur, rəqs edirdilər.

Bağçada uşaqların təlim–tərbiyə almaları üçün hər cür şərait var. Bu soyuq qış günü uşaqlar isti otaqlarda şənlənir, oynayır, deyib–gülürlər. Körpə fidanlar üçün yaradılan belə şəraiti görəndə insanın qəlbi fəhərlə dolur.

Bağçada 90 uşaq tərbiyə alır. Bu uşaqların təlim və tərbiyəsi ilə 11 nəfər tərbiyəçi müəllim məşğul olur. Bağçada 3 yeni qrup açılıb. Bu qruplarda ixtisaslı gənc kadrlar fəaliyyətə başlayıb. Bunlardan 6 nəfəri tərbiyəçi-müəllim, 7 nəfəri texniki işçi, 1 nəfəri isə tibb bacısıdır. Bağçada 5 qrup fəaliyyət göstərir. Bunlardan 2 körpə, 2 orta, 1 böyük qrup.

Hər səhər uşaqlar tibbi müayinədən keçərək bağçaya buraxılır. Səhhətində hər hansı bir problem olan uşaqlar stasionar müalicəyə göndərilir. Gigiyena qaydalarına da tələb olunan səviyyədə əməl edilir. Mətbəxin təmizliyi göz oxşayır. Burada uşaqlar gün ərzində 3 dəfə sağlam, vitaminlə zəngin qidalarla təmin olunur, hər gün südlü yeməklər, ət xörəkləri verilir. Bunlarla yanaşı, müntəzəm olaraq bağçada uşaqların sevdikləri blinçik, kökə, piroq və müxtəlif şirniyyatlar da bişirilir.

Uşaqların vətənpərvər ruhda tərbiyə olunmaları üçün tərbiyəçilər hazırlanmiş iş planına uyğun olaraq məşğələlər keçirir. Əlamətdar günlər münasibətilə də tədbirlər hazırlanır. 20 Yanvar şəhidləri, Xocalı soyqrımına aid tədbir bağçada yüksək səviyyədə qeyd olunub. Hərbi geyimli balaca əsgərlər əllərində üçrəngli bayraq Vətənə, şəhidlərə aid şeirlər söyləyib.

Bağçada ayrıca idman zalı və musiqi otağı da var. Yaxşı cəhətlərdən biri də odur ki, məşğələlər bu otaqlarda keçirilir. Bu da uşaqların həvəs və marağına səbəb olur, onların məktəbə hazırlıq səviyyəsini yüksəldir.

1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva, müəllim kollektivi, valideynlər onlar üçün yaradılan bu yüksək şəraitə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər. Onlara göstərdiyi diqqət və qayğıya görə isə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırırlar.

Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız
Nə qəşəngdi, nə gözəldi bağçamız


Facebook-da paylaş