• Təqvim

  • Maraq



Qazaxda “Müstəqillik, suverenlik Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir!” mövzusunda tədbir keçirilib


Mayın 26-da 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı Daş Salahlı kənd 1 saylı tam orta məktəb ərazi partiya təşkilatında “Müstəqillik, suverenlik Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 28 May - Müstəqillik Gününə həsr edilmiş film nümayiş etdirilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq 28 May - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və müdrik Azərbaycan xalqının heç də hamar olmayan müstəqillik yollarında çox şərəfli, keşməkeşli bir yol keçdiyini xüsusi vurğulayıb. Rayon təşkilatının sədri Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu münasibətlə rayonda silsilə tədbirlərin keçirildiyini və xalqımız üçün çox əlamətdar bir gün olan 28 May - Müstəqillik Gününün böyük təntənə ilə qeyd olunacağını diqqətə çatdırıb. A.Nəbiyev bu yönümdə keçirilən silsilə tədbirlərin mahiyyətindən, əhəmiyyətindən, xalqımızın milli sərvəti sayılan müstəqilliyimizdən, suverenliyimizin bərpasından, bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə konstitusiya quruluşumuzun bərqərar edilməsindən, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan misilsiz qələbə sayəsində Dövlət Bayrağımızın bütün ərazilərimizdə əzəmətlə dalğalanmasından ətraflı bəhs edib.

Tədbirdə partiya fəallarından Şükufə Cəfərova, Şəbnəm Ləzgiyeva, şəhid anası Mənsurə Hüseynova, şəhid bacısı Hicranə Məmmədova çıxış ediblər.

Tədbirin sonunda Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə və müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndirib, müxtəlif ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Tədbirdə ərazi partiya təşkilatının ən fəal partiya üzvləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar.



Facebook-da paylaş