• Təqvim

  • Maraq



Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir


Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəb Ərazi partiya təşkilatında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda canlarından keçən müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirilib.     

 

Tədbirdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəb Ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva, partiya fəallarından Flora Əmirova, Aynurə Alıyeva, Gülzadə Allahverdiyeva çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və xalqımız qarşısında tarixi xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafı üçün gördüyü genişmiqyaslı işlərdən, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərdən ətraflı danışıblar.

Tədbirdə məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, müxtəlif ədəbi-bədii kompazisiyalarla çıxış ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən ən fəal partiya üzvləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunub.



Facebook-da paylaş