Qazaxda daha bir həkim məntəqəsinin tikintisi başa çatmaq üzrədir
Bu gün “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Bütün sahələr üzrə olan bu abadlıq işləri səhiyyə sahəsində də öz əksini tapır.
Şəhərdə inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi, eləcə də rayonun Yuxarı Salahlı kəndində tikilən yeni tibb məntəqəsi əhalinin sağlamlığının keşiyində dayanılması üçün görülən işlərin bariz nümunəsidir.
Xəbər verdiyimiz kimi, bir neçə ay öncə Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin tikintisinə başlanılmışdı. Hazırda məntəqənin inşası uğurla davam edir.
Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikilən məntəqədə tikinti başlayan ilk gündən işlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq məntəqədə son tamamlanma işləri aparılır.
Demək olar ki, əsas işlər başa çatıb. Su-kanalizasiya xəttinin çəkilməsi işi və izolyasiya sistemi qurtarıb. Elektrik xətti çəkilib. İstilik sisteminin quraşdırılması yekunlaşıb. Xarici və daxili fasadda suvaq işləri tam başa çatıb.
Bundan əlavə, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb, giriş qapısının və pəncərələrin kənarlarına aqlaydan haşiyələr vurulub, eyni zamanda, tibb məntəqəsinin qarşısında yolun çəkilməsi işləri də aparılıb.
Hal-hazırda binada rənglənmə işlərinə başlanılıb. Bundan başqa, giriş və çıxış pilləkanlarına daşların, otaqlarda isə yerə qranit kafelin düzülməsi işi aparılır.
Məlumat üçün onu da qeyd edək ki, Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir. 8 otaqdan ibarət olacaq həkim məntəqəsində həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər bir şərait nəzərdə tutulmuşdur. Məntəqə yeni tibbi avadanlıqla da təmin olunacaqdır.

GOYEZEN.AZ
Facebook-da paylaş