• Təqvim

  • Maraq



Akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş "İşıqlı gələcəyə sağlam gözlərlə" devizi altında göz müayinəsi aksiyası keçirilib


Yanvarın 10-da “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik  Hüquqi Şəxsdə "İşıqlı gələcəyə sağlam gözlərlə" devizi altında göz müayinəsi aksiyası təşkil edilib. 

Müayinələr  Xəstəxanaya məxsus müasir avadanlıqlarla təchiz olunmuş göz kabinetində həyata keçirilib.

Aksiyada iştirak edən insanlar həkim-oftalmoloqlar tərəfindən ətraflı müayinə edilib, onların görmə itiliyi, göz təzyiqi yoxlanılıb və zəruri müalicə tədbirləri müəyyənləşdirilib.

Xəstəxananın işçiləri növbə gözləyən uşaq və valideynlər, həmçinin, digər vətəndaşlarla sağlam həyat tərzi, düzgün qidalanma barədə söhbətlər aparıb, verilən sualları cavablandırıblar.

Bu cür müayinələrin gələcəkdə də davam etdirilməsi, həmçinin, yaşlılar və qrup əlilləri üçün yaşadıqları ərazilərdə aparılması planlaşdırılıb.

Qeyd edək ki, xəstəxanada bundan sonra müxtəlif sahələri əhatə edən aksiyaların həyata keçirilməsi “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik  Hüquqi Şəxsin gündəliyində saxlanılmaqdadır.



Facebook-da paylaş