• Təqvim

  • Unutma

  • Maraq



"Heydər Əliyev İli” çərçivəsində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda növbəti tədbir keçirilib


Ölkə Prezidenti İlham Əliyevin müvafiq tarixli Sərəncamı ilə elan edilmiş "Heydər Əliyev İli” ilə əlaqədar “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Yanvarın 14-də Mərkəzi Xəstəxananın akt zalında təşkil olunmuş tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova  tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin müvafiq tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini qeyd edib. S.Məmmədova “Heydər Əliyev İli”ndə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin səhiyyə ilə bağlı gördüyü işləri, həyata keçirdiyi tədbirləri gələcək nəsillərə çatdırmaq üçün bu ilin ən böyük töhfə olduğunu bildirib. S.Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mənfur düşmənin dinc, əliyalın əhaliyə qarşı törətdiyi faciədən danışaraq həmin qanlı günləri xalqımızn bu gün də unutmadığını qeyd edib. Xalqımızın böyük oğlu Heydər Əliyevin  20 Yanvar hadisəsi ilə bağlı mövqeyi, açıqlamaları, atdığı addımlar, törədilmiş vəhşiliyin qanlı görüntülərini, xəyanətkar izlərini milyonlarla insana çatdıraraq, onları yüksək bir cərəyan kimi sirkələyib eyni məcraya yönəltməsindən bəhs edib. S.Məmmədova qeyd edib ki, necə ki, xalqımız 20 Yanvarda yumruq tək birləşib heç bir hərbi gücün bizi ram edə bilməyəcəyini illər öncə nümayiş etdirdi, 44 günlük Vətən müaharibəsində də bunun bir daha şahidi olduq. Məhz, 20 Yanvar gününün nəticəsidir ki, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə mənfur düşmənin başını əzməyə, xalqımızın qisasını almağa nail oldu.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Pediatriya şöbəsinin müdiri Üzeyir Vəliyev çıxış edərək 20 Yanvar hadisəsinin xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsindən bəhs edib. Ulu Öndərin bu faciəni tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirməsindən, həmçinin, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltməsini xüsusilə vurğulayıb.

Təbirdə çıxış edən səhiyyə işçiləri Ulu Öndər Heydər Əliyevin faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi, eyni zamanda, 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində olan misilsiz xidmətlərindən söz açıblar.

GOYEZEN.AZ



Facebook-da paylaş