• Təqvim

  • Unutma

  • Maraq



Bu gün Qazax Müalicə Diaqnostika Mərkəzində "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib


“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən səhiyyə müəssisələrində də silsilə tədbirlər keçirilir.

Növbəti tədbir yanvarın 14-də “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsdə "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda təşkil olunub.  

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  


“Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin nümayiş etdirildiyi bir gün olduğunu bildirib. Bu epoxal hadisənin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğunu söyləyib. Məhz bu faciədən sonra milli azadlıq hərəkatının tam siyasi reallığa çevrildiyini, dönməz xarakter aldığını, xalqın öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördüyünü diqqətə çatdırıb. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirib. K.İbrahimov bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin öz mövqeyini bildirdiyini, Onun təşəbbüsü və göstərişi ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarın qəbul edildiyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə məşğul olmasını, 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” adının təsis edilməsini, 1998-ci il 5 avqust Sərəncamına əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılmasını Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsinin və 20 Yanvar hadisələri ilə bağlı həqiqətlərin ifşa olunmasına xidmət edən fəaliyyətin ən bariz nümunəsi kimi qiymətləndirib.


Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Bəxtiyarlı çıxışında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasından danışaraq bu addımın Ümummilli Liderin əziz xatirəsinə böyük hörmət və ehtiramın təcəssümü olduğunu bildirib. 


Mərkəzin İnsan resursları şöbəsinin müdiri Arifə Mirzəliyeva çıxışı zamanı bildirib ki, ölkə Prezidentinin də söylədiyi kimi, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etdi, bu dəhşətli cinayəti qınadı. Bəli, bu, Ulu Öndərin xalqına, dövlətinə olan sədaqətinin bariz nümunəsi idi.

GOYEZEN.AZ



Facebook-da paylaş