• Təqvim

  • Unutma

  • Maraq



Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı hazırlanıb

XOCALI SOYQIRIMI - 28 --------------------


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinə və xalqımızın yaddaşına Xocalı soyqırımı kimi yazıldı. Yer üzündə törədilmiş ən ağır cinayətlərdən olan Xocalı soyqırımından artıq 28 il ötür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin müvafiq Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb.

Tədbirlər planında rayonun idarə, müəssisə və təşkilatlarının, Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının, rayon ictimaiyyətinin və gənclərinin iştirakı ilə rayonda Şəhidlər xiyabanının ziyarət edilməsi, anım mərasiminin təşkili və abidənin önünə gülqoyma mərasiminin keçirilməsi qeyd olunub.

İdarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlərin (xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər və s.) keçirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi göstərilib.

26 fevral günü təhsil müəssisələrində ilk dərsin Xocalı soyqırımına həsr edilməsi tədbirlər planında qeyd edilib.

26 fevral saat 17:00-da rayon ərazisində Xocalı soyqrımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsidə tədbirlər planında öz əksini tapıb.

Tədbirlər planında Xocalı soyqırımı günü ilə əlaqədar rayonun kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağının endirilməsi endirilməsi də vurğulanıb.

Həmçinin Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlərin kütləvi informasiya vasitələrində nümayişinin təşkil olunması da tədbirlər planına salınıb.

Tədbirlər planında qeyd olunan bütün məsələlərlə bağlı aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlar verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş