• Təqvim

  • Maraq



Qazaxda əmək yarmarkası keçirilib


Fevralın 27-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialı tərəfindən Qazax şəhərində əmək yarmarkası təşkil olunub. 

Yarmarkada Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov və digər rəhbər şəxslər iştirak ediblər.

Yarmarkaya Fiziki şəxs Məmmədov Valeh Naryad oğlu tərəfindən ümumilikdə 20 boş iş yeri təqdim edilib. Boş iş yerləri üzrə işəgötürən tərəfindən təklif edilən əməkhaqqı 400-450 manat aralığında olub.

Qeyd edək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd Qazax-Tovuz iqtisadi regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir. 

Yarmarkada 46 nəfər işsiz və işaxtaran şəxs qeydiyyatdan keçərək iştirak ediblər. Həmçinin iştirak edən işsiz və işaxtaran şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer alıblar. 

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.  

Qazax-Tovuz Regional Məşğulluq filialı



Facebook-da paylaş