2025-ci ilin fevral ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının kökündə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir.
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.
2025-ci ilin yanvar ayında Ürkməzli, Alpout, Xanlıqlar və Kəmərli kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 437 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 12 məsələ qaldırılmışdır. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir.
2025-ci ilin fevral ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:
S/S | Yaşayış məntəqəsinin adı | Qəbulun keçiriləcəyi ünvan | Qəbulun keçiriləcəyi tarix |
1 | Quşçu Ayrım kəndi | Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəb | 06.02.2025 |
2 | Qazax şəhəri Zeynalabdin Tağıyev küçəsi | Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəb | 13.02.2025 |
3 | Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivi | Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəb | 20.02.2025 |
4 | Qazax şəhəri Aslan Kəmərli küçəsi | Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəb | 25.02.2025 |
Məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə, S.Vurğun, Z.Tağıyev, M.Hüseyn küçələri, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14,25,27, Azadlıq 92, Bakı 1,2,2A, Əliağa Şıxlinski küçəsində 4,4A,5, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, İkinci Şıxlı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli, Quşçu Ayrım, Məzəm, Alpout, Kosalar, Cəfərli, Qarapapaq, Çaylı, Hüseynbəyli kəndləri üzrə ümumilikdə, 46 səyyar görüş keçirilmişdir. Şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 5059 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 110 məsələ qaldırılmışdır.
Facebook-da paylaş