• Təqvim

  • Maraq



Qazaxda qanunsuz tikintinin qarşısı alınıb


Qazax rayonu ərazisində dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə yaradılmış işçi qrupunun üzvləri tərəfindən keçirilmiş növbəti monitorinq zamanı Qazax şəhəri Heydər Əliyev prospekti 171M ünvanında vətəndaş İsmayılov Ramin Tofiq oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunmuşdur.

Qeyd edək ki, vətəndaş Ramin İsmayılova dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, qanunsuz tikinti işlərini davam etdirmişdir. Bu səbəbdən 24 iyun 2024-cü il tarixdə aparılmış qanunsuz tikinti işlərinin qarşısı alınmış və vətəndaşa mövcud qanunvericiliyin tələbləri izah olunmuşdur. 




Facebook-da paylaş