• Təqvim

  • Maraq



Yeni istifadəyə verilən “Venzana” mebel fabrikində əmək yarmarkası keçiriləcək


Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Qazax rayonunda əmək yarmarkası keçiriləcək.

Tədbirdə “Saloğlu” Mebel firması tərəfindən ilkin olaraq 100 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ünvan və tarix:

Qazax rayonu, Ağköynək kəndi, Bakı-Qazax yolu, 452-ci km (“Venzana” mebel fabriki)

24 avqust 2023-cü il

Saat 10:00-dan 15:00-dək.



Facebook-da paylaş