“Azərbaycan Sənaye Korporasiyası” ASC Qazaxda sərhəd kəndlərində yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylayıb
İyunun 24-də “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən növbəti xeyriyyə aksiyası Qazax rayonunda keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən aksiya zamanı icra aparatının və Korporasiyanın əməkdaşları müqəddəs Qurban bayramı münasibətilə Qazax rayonunun sərhəddə yerləşən Quşçu Ayrım, Məzəm, Bala Cəfərli kəndlərində yaşayan, eləcə də şəhərdə Kommunal Müəssisələri Kombinatında çalışan 300 aztəminatlı ailəyə gündəlik tələbat üçün lazım olan müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim ediblər.
Bayram sovqatları təqdim olunan ailələr daim diqqət mərkəzində olduqlarını vurğulayaraq göstərilən qayğıya görə Cəmiyyətin nümayəndələrinə təşəkkür ediblər.
Facebook-da paylaş