• Təqvim

  • Maraq



İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilib


Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu göstərir ki, dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 11-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 174 nəfər vətəndaş qəbul edilib. Onlardan 85 nəfərin müraciəti müsbət həll olunub, 89 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 9 nəfər vətəndaş müraciət edib. Onlardan 1 nəfər xəstəlik, 1 nəfər əlillik dərəcəsinin təyini, 1 nəfər dərman, 1 nəfər digər xəstəxanaya göndərişlə, 1 nəfər sənədlə, 2 nəfər iş, 1 nəfər stasionar müalicə, 1 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 6-sı yerində həll edilib, 3-ü isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 6 nəfərin müayinə ilə bağlı istəyi müsbət həll edilib. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 89 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 50 nəfərin istəyi müsbət həll edilib, 39 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 50 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 14 nəfərin istəyi müsbət həll edilib, 36 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 2 nəfərin telefon çəkilişi ilə bağlı istəyi müsbət həllini tapıb.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 3 nəfərin don vurmuş sayğacın yenisi ilə əvəz olunması ilə bağlı istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 6 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfər vətəndaşın attestatla bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. 

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə müraciət etmiş 2 nəfər vətəndaşın debitor borc, 1 nəfər vətəndaşın limitlə bağlı müraciətinə qanunamüvafiq qaydada izahat verilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfər vətəndaşın subsidiyanın köçməməsi ilə bağlı müraciəti araşdırılaraq köçəcəyi bildirilib. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın artıq ödənilmiş dövlət rüsumunun qaytarılması ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş