Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır
Avqustun 10-dan Azərbaycanda Məhərrəm ayı başlayır. Miladi təqvimi ilə bu gün
Məhərrəm ayının ilk günüdür. Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni
1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na,
Məhərrəm ayının 10-u Aşura günü isə avqustun 19-na təsadüf edir. Məhərrəmlik bu il də dünyada davam edən koronavirus
pandemiyası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Məcburi
karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx
toplaşmaması qaydalarını nəzərdə tutur. Nazirlər Kabineti yanında Operativ
Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi
mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz
Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə
ediblər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin
və mərasimlərin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.
Facebook-da paylaş