Sərhəd kəndləri olan Cəfərli və Bala Cəfərlidə yaşayan sakinlərə ərzaq sovqatı paylanılıb
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
Dövlət başçısının"Biz birlikdə güclüyük!” çağırışına əsasən, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün rayonun sərhəd kəndləri olan Cəfərlidə 181, Bala Cəfərlidə 27 ailəyə gündəlik tələbatlarını ödəmək üçün müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllülərinin iştirakı ilə reallaşan aksiya sərhəddə yaşayan sakinlər tərəfindən də böyük razılıqla qarşılanıb. Xüsusi karantin rejimi elan edildiyi ilk gündən artıq neçənci dəfədir ki, dövlətin qayğısını hiss etdiklərini qeyd ediblər. Bu çətin günlərdə onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərində yaşayan insanları diqqət mərkəzində saxladığına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar.
Məlumat üçün bildirək ki, ölkə Prezidentinin "Biz birlikdə güclüyük!” çağırışına əsasən pandemiya dövründə Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsünə qoşulan yüzlərlə insan tərəfindən Qazaxda ümumilikdə 10 minə yaxın aztəminatlı ailəyə sovqat paylanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş