Qazax Rayon Məşğulluq Mərkəzində əmək yarmarkası keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin 30 oktyabr
2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2019–2030-cu illər
üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas məqsədi məşğulluq
siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək,
əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli
əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir.
"Məşğulluq Strategiyası”nın icrası məqsədilə
Qazax Rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2018-ci il tarixli, 9-21/173
nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu il üçün Ərazi Məşğulluq
Proqramında əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün Qazax Rayon Məşğulluq
Mərkəzində həmin proqrama uyğun olaraq əmək yarmarkası keçirilib.
Yarmarkada iştirak edən Qazax RİHB
aparatında Sosial-iqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək dövlət
tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərdən, rayonda açılmış yeni iş yerlərindən söz açıb. Qazax
Rayon İcra Hakimiyyəti başçısının qəbulu zamanı müraciət edən sakinlərin mütəmadi
olaraq əhalinin məşğulluğunun və maddi rifah halının yaxşılaşdırılması məqsədilə
təşkil olunmuş yarmarkalara cəlb olunduğunu qeyd edib.
Qazax Rayon Məşğulluq Mərkəzinin
direktoru Elçin Nəsibov çıxış edərək təşkil olunmuş əmək
yarmarkasının məqsəd və əhəmiyyətindən danışıb. Bugünkü yarmarkanın təşkilini ölkə
başçısının əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan
uğurlu bir addım kimi qiymətləndirib.
E.Nəsibov bildirib ki, 2018-ci
ildə Qazax Rayon Məşğulluq Mərkəzinə 1279 nəfər vətəndaş müraciət edib,
onlardan 1140 nəfəri işaxtaran kimi qeydiyyata alınıb. 701 nəfər daimi işlə təmin
olunub. 100 nəfər işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb edilib ki, onlardan 99 nəfər
vətəndaş aktivlərlə təmin olunub.
Mərkəzin direktoru 2019-cu
ilin 9 ayı ərzində Mərkəzə 2093 nəfər vətəndaşın müraciət etdiyini, onlardan
1875 nəfər vətəndaşın işaxtaran kimi qeydiyyata alındığını bildirib. Həmin
işaxtaranlardan 943 nəfərin daimi işlə təmin olunduğunu qeyd edib. 93 nəfər
işaxtaran vətəndaşın özünüməşğulluq proqramına cəlb olunduğunu, 61 nəfərin qiymətləndirmədən
keçdiyini, onlardan 59 nəfərin aktivlərlə təmin edildiyini diqqətə çatdırıb. 15
nəfər işaxtaran vətəndaşın peşə hazırlığı kursuna cəlb olunduğunu və onlardan
13 nəfər vətəndaşın tam kursu bitirdiyini diqqətə çatdırıb.
Məlumat üçün qeyd edək ki, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə
uyğun olaraq Qazax Rayon Məğulluq Mərkəzində bu gün keçirilən əmək
yarmarkasında 15 dövlət, 12 qeyri-dövlət və 2 fiziki şəxsdən, ümumilikdə 29
idarə və müəssisədən 300 boş iş yeri təqdim olunub. Yarmarkada 197 nəfər işsiz
və işaxtaran vətəndaş iştirak edib. Onlardan 23 nəfərinə işə göndəriş verilib. 27
nəfəri özünüməşğulluq proqramına cəlb olunub, 19 nəfəri isə peşə hazırlığı
kursuna yazılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş