Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib
Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində
Qazaxda rayon sakinləri qəbiristanlıqlarda olublar. Doğma və əzizlərinin
uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə şənbə günü
keçirilən ümumrayon iməciliyi bu gün də davam edib. İməcilkdə rayon sakinləri
hamılıqla iştirak edib. İməcilik zamanı qəbiristanlıqların içərisində və
ətrafında təmizlik, abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri
otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür
savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.
GOYEZEN.AZ
Şəhər qəbiristanlığı iməcilikdən sonra
Facebook-da paylaş