Novruz bayramı ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib
Qarşıdan ən qədim və milli bayramımız olan Novruz bayramı gəlir. Hər il
olduğu kimi, bu il də bayram ərəfəsində Qazax rayonunun sakinləri
qəbiristanlıqlarda olublar. Bu gün şəhər və kənd qəbiristanlıqlarında ənənə şəklini alan ümumrayon
iməciliyi keçirilib. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda
səliqə-sahman yaradılması məqsədilə keçirilən iməcilkdə rayon sakinləri
hamılıqla iştirak edib. İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq
işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan
təmizlənib, ehtiyac olan digər işlər görülüb. İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu
davam etdirəcəklərini bildiriblər. Məlumat üçün bildirək ki, iməcilik bazar günü də davam edəcəkdir. GOYEZEN.AZ 
Şəhər qəbiristanlığı




Aşağı Salahlı kənd qəbiristanlığı



Daş Salahlı kənd qəbiristanlığı

Hüseynbəyli-Canalı kənd qəbiristanlığı




Kosalar kənd qəbiristanlığı


Xanlıqlar kənd qəbiristanlığı

Qazaxbəyli kənd qəbiristanlığı

Cəfərli kənd qəbiristanlığı




Kəmərli kənd qəbiristanlığı

Facebook-da paylaş















