YAP Qazax rayon təşkilatında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Xocalıda həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov geniş məruzə ilə çıxış edərək Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni işğalçılarının başladığı müharibədə dinc əhaliyə qarşı törədilmiş cinayətlər içində Xocalı soyqırımının xüsusi yer tutduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni hərbçiləri mühasirədə olan Xocalı şəhərinə hücum edib. Nəticədə 613 nəfər azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
H.Pənahov qeyd edib ki, yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılıb və bu istiqamətdə mühüm işlər görülüb.
YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, gənc partiya üzvü Kənan Hüseynli, partiya fəalı Sevda Məmmədova, YAP Qazax rayon təşkilatının Şura üzvləri Tahir Hüseynli, Tərlan Bədəlova çıxış edərək Xocalı soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşayacağına, bu cinayətləri törətmiş erməni işğalçılarının cəzalarına çatacağına əminliklərini bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş