• Təqvim

  • Unutma

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb


Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecində Xocalı soyqırımı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin adını daşıyan ideoloji mərkəzdə keçirilən tədbirdə kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quluyev giriş sözü ilə çıxış edərək bildirib ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Artıq bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutulmuş. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Sonra kollecin qiymətləndirmə, qeydiyyat və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, tarix müəllimi Tükəzban Süleymanova  çıxış edərək Xocalı qırğınının təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayət olduğunu qeyd ediblər. Bu faciənin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıblar. Bu baxımdan Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığını bildiriblər.

Daha sonra kollecin tələbələri Şəbnəm Həsənova, Nərmin Kərimova, Tutu Qocayeva Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.








GOYEZEN.AZ



Facebook-da paylaş