• Təqvim

  • Maraq



Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib


Qazaxda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənəyə çevrilib. Rayonda istər bayram ərəfələrində, istərsə də adi günlərdə mütəmadi olaraq bütün qəbiristanlıqlarda iməcilik keçirilir. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti dəfə şəhər qəbiristanlığında (Hüseynbəyli) iməcilik keçirilib.

Ənənə halını alan ümumrayon iməciliyində qəbiristanlığın içərisində və ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. 

İməcilikdə elliklə iştirak edənlər bu cür savab işləri razılıqla qarşıladıqlarını söyləyərək təşəbbüskarlara minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, qəbiristanlıqlarda iməcilik davam etdiriləcəkdir.



Facebook-da paylaş