Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Qazaxda dövlət qulluqçuları üçün növbəti təlim keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir. Məlumat verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 22, 23 və 24 iyul 2025-ci il tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr”, “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi”, “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər” mövzularında növbəti təlimlərin keçirilməsinə start verilib. Təlimlər Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov, Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi Cavid Əliyev, Hüquq sektorunun böyük məsləhətçisi Mirzağa Yaqubzadə tərəfindən təşkil olunacaq. İkinci təlim iyulun 23-də Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov tərəfindən “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova giriş sözü ilə çıxış edərək qonaqları və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Təlimin əhəmiyyətini vurğulayan şöbə müdiri iştirakçılara uğurlar arzulayıb. Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov çıxış edərək təlim iştirakçılarını salamlayıb, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. A.Bayramov “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi”, “Vəzifənin vakant elan edilməsi”, “Vəzifələrin idarə edilməsi sistemi”, “Vəzifə təlimatları”, “Qulluq funksiyalarının müəyyən edilməsinə dair tələblər”, “Təhsilə dair tələblər”, ”Müsahibə proqramları”, “Müsahibə elanları”, “Müsahibələrə qeydiyyat”, “Müsahibə komissiyası”, “Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi və keçid balları”, “Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər”, ”Vəzifəyə uyğun hesab edilən namizədlərin adlı siyahısı“, ”Dövlət qulluğunda ehtiyat kadrlar”, “Vəzifələrin yenidən elana təqdim edilməsi”, “Ehtiyat kadrların gələcək fəaliyyətində nəzərdə tutulmuş yeniliklər” və s. mövzular ətrafında geniş izahat verib. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Facebook-da paylaş