• Təqvim

  • Maraq



Dövlət İmtahan Mərkəzi Qazaxda dövlət qulluqçuları üçün növbəti təlimlərə start verib


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir. 

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 22, 23 və 24 iyul 2025-ci il tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr”, “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi”, “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər” mövzularında növbəti təlimlərin keçirilməsi nəzərdə tutulub.

Təlimlər Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov, Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi Cavid Əliyev, Hüquq sektorunun böyük məsləhətçisi Mirzağa Yaqubzadə tərəfindən təşkil olunacaq.

İlk təlim iyulun 22-də Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi, psixologiya üzrə fəlsəfə doktoru Cavid Əliyev tərəfindən “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzusunda keçirilib. 


Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova giriş sözü ilə çıxış edərək qonaqları və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Təlimin əhəmiyyətindən söz açan şöbə müdiri iştirakçılara uğurlar arzulayıb. 


Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi, psixologiya üzrə fəlsəfə doktoru Cavid Əliyev çıxış edərək təlim iştirakçılarını salamlayıb, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. C.Əliyev “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr”, “Peşəkar kommunikasiya”, “İnsana komanda daxilində effektiv və xoş ünsiyyət qurmaqda nə kömək edir?”, “Peşəkar kommunikasiyanın prinsipləri”, “Kommunikasiya növləri”, “Komanda işi dedikdə ağlınıza ilk gələn söz nədir?”, “Komandada rollar” və s. mövzular ətrafında geniş izahat verib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Facebook-da paylaş